13 yaşlı erməni Ermənistanı məyus etdi

14 May, 2019 13:20 | Siyasət | Baxış sayı: 153
Qurani Kərim
Qurani Kərim

Yeniyetmənin İslamı qəbul etməsi xoş qarşılanmayıb

Ermənistan şokdadır - Türkiyədə 13 yaşlı erməni yeniyetmə İslamı qəbul edib. Bu barədə süjet isə türk telekanallarından birində yayımlanıb. Əslində bu ermənilərin İslamı qəbul etməsi ilə bağlı ilk hal deyil. Ancaq İrəvan mətbuatı ölkə rəhbərliyinin öz tarixi torpaqlarından qaçan miqrantların taleyi haqqında düşünməyə əsas olduğunu yazır. 

Yerli ekspertlər deyirlər ki, bir faktla bağlı çıxarış etmək düzgün deyil. Amma onlar da etiraf edirlər ki, etnik ermənilər arasında İslamı qəbul edənlərin sayı get-gedə daha da artır. 

Xatırladaq ki, bir müddət öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdi ki, ölkədə 100 minə yaxın erməni yaşayır. Onlardan ancaq 40 mininin vətəndaşlığı var. Qalanlar isə daha yaxşı həyat üçün öz ölkəsindən qaçıb.