Tapdığı kartdan pul çıxaran bakılı qadın tutuldu

14 May, 2018 14:03 | Siyasət | Baxış sayı: 289
Bankomatda qız
Bankomatda qız

Fevralın 24-də Bakı şəhər sakini G.Əliyeva içərisində 120 manat pulu, evinin açarları və sənədləri olan çantasını marşrut avtobusunda unudub.

İstiPress-in DİN-ə istinadən verdiyi xəbərə görə, az sonra onun mobil telefonuna bank hesabından 229 manat pulunun çıxarılması barədə mesaj gəlib. G.Əliyevanın hesabından pulu çıxararaq oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Nəbiyeva saxlanılıb.

Müəyyən edilib ki, o, avtobusda tapdığı çantadakı bankomat kartının üzərində qeyd olunmuş kod vasitəsilə G.Əliyevanın hesabından göstərilən məbləğdə vəsaiti çıxararaq oğurlayıb.

Faktla bağlı cinayət işi başlanılıb. Araşdırma aparılır.