Paşinyan Putinə yaltaqlanmaqdan özünü saxlaya bilmədi

14 May, 2018 14:52 | Siyasət | Baxış sayı: 1287
Nikol Paşinyan
Nikol Paşinyan

Putin erməni baş naziri tumarlayıb

Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

IstiPress "news.am"a istinadən bildirir ki, Putin Paşinyanla dostcasına davranıb, Ermənistanı Rusiyanın regionda strateji tərəfdaşı adlandırıb, Ermənistandakı xarici sərmayələrin 35%-nin Rusiyaya məxsus olduğunu deyib. Paşinyan isə Rusiyanın mövqeyini bəyəndiyini, həmçinin Rusiya hərbi sənayesinin uğurlarına heyran qaldığını deyib. 

Putin və Paşinyanın ilk görüşü
Putin və Paşinyanın ilk görüşü

Görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.

Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan , digər rəsmilər qatılıb.