Müdafiə naziri yeni hərbi obyektlər açdı

14 May, 2018 18:18 | Siyasət | Baxış sayı: 213
Zakir Həsənov - Azərbaycan müdafiə naziri
Zakir Həsənov - Azərbaycan müdafiə naziri

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi təyinatlı bır sıra obyektlərin açılışında iştirak ediblər.

İstiPress Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, müdafiə naziri müasir tələblərə cavab verən yanacaq sürtgü materialları anbarı, avtomobillərin texniki təmiri və qulluğu məntəqəsinin açılışında iştirak edib, burada yaradılan şəraitlə tanış olub və müvafiq tapşırıqlarını verib.

Sonra general-polkovnik Z.Həsənov hərbi hissələrdən birində yeni inşa edilən yeməkxananın açılışında iştirak edərək şəxsi heyətlə birlikdə nahar edib.