Londonda Ərdoğana hücum oldu

14 May, 2018 17:41 | Siyasət | Baxış sayı: 289
Rəcəb Tayyib Ərdoğan
Rəcəb Tayyib Ərdoğan

Londonda polis Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil karvanına hücum etməyə çalışan PKK tərəfdarlarına müdaxilə edib.

İstiPress-in məlumatına görə, müdaxilə zamanı polislərə və avtomobillərə də hücum edən terror qruplaşması tərəfdarlarından bəziləri saxlanılıb.

PKK tərəfdarlarının əllərində qruplaşmanın bayraqları və “Tamam” yazılmış plakatlar diqqət çəkib.