İsrail təyyarələri Qəzzanı vurdu - ölü sayı 49 nəfərə çatdı

14 May, 2018 19:59 | Siyasət | Baxış sayı: 294
İsrail təyyarələri
İsrail təyyarələri

İsrail ordusu ilə toqquşmada ölən fələstinlilərin sayı 49 nəfərə çatıb.

İstiPress-in məlumatına görə, “The Jerusalem Post” xəbər verir ki, hadisələr zamanı minlərlə fələstinli yaralanıb. Eyni zamanda İsrail təyyarələri havaya qalxaraq Qəzzanı vurub.  

Amma buna baxmayaraq ABŞ prezidenti Donald Tramp Qüdsdəki səfirliyin açılışında video çıxış edib: "ABŞ bölgədə davamlı bir sülh razılaşması yaratmaq istəyinə sadiq qalmağa davam edir", deyə Tramp bildirib. Trampın Qəzzadakı onlarla adamın ölməməsindən  söz etməməsi diqqəti çəkib.

16:59

Qəzza sektorunda İsrail ordusu ilə toqquşmalar zamanı ölən fələstinlilərin sayı 37-yə çatıb.

İstiPress-in məlumatına görə, bu barədə yerli tibb xidmətinin rəsmi nümayəndəsi Əşrəf əl-Kidra məlumat verib. Yaralıların sayı 900-dən çoxdur. Ölənlər arasında uşaq da var.

15:35

Fələstinlilərin ABŞ-ın İsraildəki səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsinə etiraz olaraq keçirdikləri kütləvi aksiyalarda ölənlərin sayı artmaqda davam edir.

İstiPress-in məlumatına görə, İsrail əsgərlərinin Qəzza zolağı ilə sərhəddə aksiyaçılara odlu silahdan açdığı atəş nəticəsində ölən fələstinlilərin sayı 18-ya yüksəlib, yüzlərlə yaralının olduğu bildirilir.

Fələstinlilər İsrail və ABŞ əleyhinə aksiyanı davam etdirirlər.