Ərdoğandan S-400 cavabı: "Alırıq və alacağıq"

14 May, 2018 12:40 | Siyasət | Baxış sayı: 171
S-400
S-400

Türkiyə ABŞ və NATO-nun hədələrinə baş əymədi

"Əgər mən Türkiyə olaraq Amerikadan və ya başqa bir NATO ölkəsindən istədiyim silahı ala bilmirəmsə, onda bu silahları haradan tapsam oradan da alacam". İstiPress-in məlumatına görə, bunu Türkiyənin Rusiyadan S-400 raket kompleksini almasına dəfələrlə etiraz edən ABŞ və NATO-ya cavabında Rəcəb Tayyib Ərdoğan deyib. 

O, S-400-lərin NATO standartlarına uyğun olmaması barədə suala cavab verib. Prezident belə yanaşmanı ümumiyyətlə düzgün hesab etmədiyini deyib. "Stoltenberq - NATO baş katibi açıq aşkar dedi ki, alyans üzvləri istədikləri ölkədən, istədikləri kimi silah ala bilərlər.

Ərdoğan, adıçəkilən raket kompleksi ilə bağlı ABŞ prezidenti Donald Trampla da danışdığını deyib. "Dedim ki, "siz bizə verdiniz, biz almadıq?" vermədiniz. İndi biz də S-400-ləri Rusiyadan çox yaxşı şərtlərlə alırıq və alacağıq. Razılaşma imzalanıb. Artıq alaq, yoxsa almayaq kimi bir narahatçılığımız yoxdur. Onlar geridə qalıb. Biz işi bitirdik, imzaları atdıq".