Bu dəfə Türkiyə Azərbaycana dəstək verdi FOTO

14 Aprel, 2020 09:07 | Siyasət | Baxış sayı: 64
1586810689163017183_1000x669
1586810689163017183_1000x669

“Can Azərbaycana sevgilərlə” şüarı Ankaranı bəzədi

Türkiyənin paytaxtı Ankarada yerləşən məşhur Atakule qülləsi Azərbaycan Respublikasının bayrağı ilə işıqlandırılıb. İşıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə nümayiş etdirilib.

Bayraqlar ümummilli lider Heydər Əliyevin “bir millət, iki dövlət!” ifadəsi, onun ardınca isə “Can Azərbaycana sevgilərlə” şüarı fonunda işıqlandırılıblar. 

İşıqlandırma yerli televiziyalar tərəfindən canlı nümayiş olunub.

Xatırladaq ki, koronavirus pandemiyasına qarşı mübarizədə Azərbaycan dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 11-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Türkiyə Respublikasının bayrağının bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya edib.