Artilleriya bölmələri döyüş atışlarına başladı VİDEO

14 Aprel, 2020 12:27 | Siyasət | Baxış sayı: 58
Artilleriya bölmələri
Artilleriya bölmələri

Atış döyüş hazırlığı planına əsasən baş tutub

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci il üçün döyüş hazırlığı planına əsasən ümumqoşun poliqonlarında artilleriya bölmələrinin döyüş atışlı məşqləri keçirilir.

Hazırlıq məşqlərinin məqsədi artilleriya bölmələrinin idarə edilməsi vərdişlərinin təkmilləşdirilməsi və onların döyüş uzlaşmasının səviyyəsinin artırılması, döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətin təşkilidir.

Raket və artilleriya qoşunlarının müxtəlif bölmələri döyüş atışları icra edir.