Uçqunda həlak olan hərbi qulluqçu dəfn edildi - FOTO

14 Aprel, 2019 13:17 | Siyasət | Baxış sayı: 316
Gizir Hafiz Abdullayevin dəfni - Qazax, Yuxarı Salahlı kəndi
Gizir Hafiz Abdullayevin dəfni - Qazax, Yuxarı Salahlı kəndi

Dəfndə şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir

Müdafiə Nazirliyinin qar uçqununa düşərək həlak olan hərbi qulluqçularından birinin nəşi doğulduğu Qazax rayonuna aparılıb.

İstiPress-in məlumatına görə, onun nəşi doğulduğu Yuxarı Salahlı kəndinə aparılıb və bu saatlarda kənd qəbiristanlığında dəfn olunur. H.Abdullayevin dəfnində şəhər ictimaiyyəti, hərbçilər və yaxınları iştirak edir.

ötən ay Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb.

Hafiz Abdullayev ailəli idi, 3 övladı var.

Qeyd edək ki, qar uçqununa düşən digər hərbçimizin axtarışları davam edir.