Üç ölkə Suriyaya bomba yağdırdı

14 Aprel, 2018 09:44 | Siyasət | Baxış sayı: 182
Suriyanın bombardıman edilməsi
Suriyanın bombardıman edilməsi

Bir gecədə 100-dən çox qanadlı raket atılıb

ABŞ, Fransa və İngiltərə bu gecə Suriyaya 100-dən artıq qanadlı, "hava-yer" sinfindən raket atıb. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, bunu ölkənin Müdafiə Nazirliyi açıqlayıb. Raketlər həm hərbi, həm də mülki obyektlərə atılıb. 

Məlumata görə, Suriyanın Hava raketdən müdafiə sistemləri onların önəmli hissəsini hədəfə çatmadan zərərsizləşdirə bilib. 

Zərbələr Qırmızı dənizdəki iki ABŞ hərbi donanmasına məxsus gəmidən, Aralıq dənizi akvatoriyasındakı taktiki aviasiyadan, eləcə də Amerikaya məxsus strateji bombardımaçı "B-1B"dən endirilib. 

Xatırladaq ki, bu gecə ABŞ prezidenti hərbi müdaxilə barədə əmr verib. Bu zərbələr bir neçə gün öncə Duma şəhərində kimyəvi silahdan istifadə iddialarına cavab olaraq endirilib. 

Məlumata görə, zərbələr nəticəsində 6 dinc sakin yaralanıb. Rusiya bu hücumun cavabsız qalmayacağını açıqlayıb.