Üç ölkə gecə hücumuna başladı - yaralılar var

14 Aprel, 2018 09:10 | Siyasət | Baxış sayı: 110
Suriyaya gecə hücumu
Suriyaya gecə hücumu

ABŞ, Fransa və İngiltərənin bu gecə Suriyada hərbi əməliyyata başlaması, şəhərlərə aviazərbələr endirməsi nəticəsində zərərçəkənlər olub. İstiPress-in "RİA Noosti"yə istinadla verdiyi məlumata görə, bu barədə Suriya təhlükəsizlik orqanlarındakı mənbələr məlumat verib.

İlkin məlumata görə, Homs şəhərinin qərbindəki ordunun anbarına atılan raketlər  dinc sakinlərin yaralanmasına yol açıb. "Dinc sakinlər hücum nəticəsində müxtəlif qəlpə xəsarətləri alıblar". 

Xatırladaq ki, ABŞ administrasiyası Suriyaya mümkün hücum ilə bağlı qərar qəbul edib. İstiPress-in məlumatına görə, gecə satalarında Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın əmrindən sonra ilk raket zərbələrini endiriblər. Bombardımana Fransa və İngiltərə də qoşulub.

Hücuma səbəb isə bir neçə gün öncə Duma şəhərində baş verdiyi iddia edilən kimyəvi silahdan istifadə barədə iddialar olub.