Türkiyədən ABŞ-ın başladığı savaşa ilk reaksiya

14 Aprel, 2018 10:05 | Siyasət | Baxış sayı: 357
Türkiyə XİN
Türkiyə XİN

"Məmnunluqla qarşılayırıq"

"Bu əməliyyatı məmnunluqla qarşılayırıq. Əməliyyat bütün bəşəriyyətin vicdanının tərcüməçisi oldu". İstiPress-in "Hürriyət"ə istinadla verdiyi məlumata görə, Türkiyə Xarici İşlər Nazirliyi ABŞ, Fransa və İngiltərənin bu gecə Suriyaya endirdikləri hava zərbələrini belə qiymətləndirib. 

Açıqlamada qeyd edilib ki, Türkiyə aprelin 7-də Dumada mülki insanların ölmünə səbəb olmuş kimyəvi silahlı hücuma cavab olaraq ABŞ, İngiltərə və Fransanın Suriya rejiminə qarşı keçirdiyi əməliyyatı yerində edilən bir təzyiq olaraq görürür.

"Mülki şəxsləri hədəf alan kütləvi məhv silahlarından istifadə insanlığa qarşı cinayətdir. Yedi ildən çoxdur ki, müxtəlif silahlarla öz xalqına zülm edən Suriya rejimi bəşəriyyətə qarşı cinayətlər işləyir".