Müharibə həyəcanı - ABŞ Suriyanı bombaladı

14 Aprel, 2018 08:35 | Siyasət | Baxış sayı: 1161
Suriyada bombardıman
Suriyada bombardıman

Rusiya xəbərdarlıq etdi, Fransa və İngiltərə hücumlara qoşuldu

ABŞ administrasiyası Suriyaya mümkün hücum ilə bağlı qərar qəbul edib. İstiPress-in məlumatına görə, gecə satalarında Birləşmiş Ştatların silahlı qüvvələri prezident Donald Trampın əmrindən sonra ilk raket zərbələrini endiriblər. Bombardımana Fransa və İngiltərə də qoşulub.

Hücuma səbəb isə bir neçə gün öncə Duma şəhərində baş verdiyi iddia edilən kimyəvi silahdan istifadə ba rədə iddialar olub. 

Məlumata görə, əsas hədəf hərbi obyektlər olub. Onların arasında Mezze hava limanı, 41.Tuqay və araşdırma mərkəzi də var. Dəməşqdəki mənbələr isə elmi araşdırma mərkəzlərinin bombardıman edildiyini açıqlayıblar. 

İddiaya görə, ABŞ hücum zamanı "Tomahawk" raketlərindən istifadə edib. Suriya Dövlət televiziyası hava hücumuna qarşılıq verildiyini bildirib. 13 raket havada məhv edilib. 

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov Suriyaya zərbələrin cavabsız qalmayacağını bəyan edib. "Ən pis ehtimal gerçəkləşdi. Bizim xəbərdarlıqlarımız eşidilmədi. Əvvəlcədən planlaşdırlan ssenari reallaşdırılır. Yenə bizi hədələyirlər. Biz xəbərdalıq etmişdik ki, bu cür hərəkətlər cavabsız qalmayacaq. Bütün məsiuliyyəti Vaşinqton, Paris və London daşıyır". 

Trampın hücum əmri ölkəsində də birmənalı qarşılanmayıb. ABŞ Konqresi icazəsiz atılan bu addımı səfehlik adlandırıb. İstiPress-in məlumatına görə, demokrat senator və Konqresin yuxarı palatasının iki komitəsinin üzvi olan Tim Keyn bu barədə bildirib. "Konqresin razılığı olmadan Trampın Suriyaya avia zərbələr endirmək qəraraı qanunsuzdur". 

Digər konqresmen Sit Multon da həmkarı ilə razılaşıb. O, "Twitter" səhifəsində yazıb ki, Hərbi əməliyyat əmri verməzdən öncə prezident Konqresdən icazə almalı idi. "Təbii ki, əgər ölkə konsitutusiyası onun üçün önəmlidirsə".