İrəvanda böyük gərginlik başladı - VİDEO

14 Aprel, 2018 18:34 | Siyasət | Baxış sayı: 585
İrəvanda "Çıxış" partiyasının Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı təşkil etdiyi mitinq
İrəvanda "Çıxış" partiyasının Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı təşkil etdiyi mitinq

Sarkisyanın baş nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi əhalini ayağa qaldırdı

İrəvanda müxalifət Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz əlaməti olaraq böyük mitinqə qərar verib. 

İstiPress-in məlumatına görə, "Çıxış" partiyasının rəhbəri Nikol Paşinyan və tərəfdarları mitinq üçün Fransa meydanını seçiblər. 

Həmçinin Ermənistanın əsas radiosu müxalifət qüvvələri tərəfindən ələ keçirilərək, 1926-cı ildən ilk dəfə yayımını dayandırıb, müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib.

Radionun binasına elektrik enerjisi kəsilib. Rəqəmsal və respublika daxili “FM” şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.

Bu arada bu gün Ermənistanın hakim partiyası – Respublika Partiyasının icra orqanının toplantısı keçirilib. İclasda partiyanın lideri, sabiq prezident Serj Sarkisyanın ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb. Partiya sədrinin müavini, baş nazir Karen Karapetyan bu vəzifəyə S. Sarkisyanın namizəd göstərilməsi təklifi ilə çıxış edib. Müzakirədən sonra təklif yekdilliklə qəbul olunub.