İran Rusiya qırıcıları üçün səmasını açdı? - Şok iddia

14 Aprel, 2018 10:35 | Siyasət | Baxış sayı: 280
Qırıcılar
Qırıcılar

Suriyanı bombalayanlara od püskürdü

İran ABŞ və müttəfiqlərinin gecə Suriyada başladıqları hərbi əməliyyatlarla bağlı reaksiya verib. İstiPress-in məlumatına görə, bu ölkənin Xarici İşlər Nazirliyi ABŞ, Böyük Britaniya və Fransanın Suriyaya endirdiyi zərbələri qətiyyətlə pisləyib. "İranın Xarici İşlər Nazirliyi Suriyaya üçqat təcavüzü pisləyir""

Qurum qeyd edib ki, Qərb Suriyaya terrorçular məğlubiyyətə uğradıqları üçün zərbə endirib və hücum edənlər bu avantrüzmin regional, beynəlxaql nəticələrinə görə məsuliyyət daşıyırlar. 

Bu arada hücumlardan sonra İranın yarı rəsmi "Tasnim" xəbər agentliyinin hərbi bölməsinin redaktoru Hossein Dalirian gözlənilməz iddia ilə çıxış edib. O, iddia edib ki, Suriyaya bu gecə olan hücumdan sonra İran hava məkanını Rusiya qırıcıları üçün açıb. Rusiya bombardımançılarına yanacaq doldurmaq üçün Həmədandakı NOJEH hava bazasından istifadə etməyə də icazə verilib. 

Onun sözlərinə görə, Rusiyanın İranın hava məkanından istifadə etməsi ilə bağlı icazə alınması üçün prezident Vladimir Putinin təmsilçisi tərəfindən iranlı rəsmilərə müraciət edilib. "Bu istək Putinin təmsilçisi və Şemhani (İran Milli Təhlükəsizlik Şurasının baş katibi Əli Şemhani) arasındakı gizli görüş zamanı çatdırılıb".