Ermənistanda türk atomu qorxusu

14 Aprel, 2018 17:46 | Siyasət | Baxış sayı: 664
Müasir kiçik atom bombaları atan toplar
Müasir kiçik atom bombaları atan toplar

İrəvan Rusiyanı satqınlıqda günahlandırır

Türkiyədə Rusiya tərəfindən bünövrəsi qoyulmuş Akkuyu Atom Elektrik Stansiyası (AES) Ermənistanda ciddi qorxu yaradıb.

İstiPress-in məlumatına görə, İrəvanda dərc olunan "Haykakan jamanak" qəzeti yazıb ki, Türkiyədə rus mütəxəssislərinin AES tikməsi Ermənistanın maraqlarına qarşı yönəlib.

Qəzetin yazdığına görə, Ermənistanda Rusiya mütəxəssisləri tərəfindən yeni AES tikilməsi barədə söhbətlər Türkiyə AES-inə baxanda bir neçə il qabaq başlayıb, ancaq Türkiyədə AES tikintisi rəsmi başlasa da Ermənistanda gələcək AES-in heç layihəsi də yoxdur.

"Türk-erməni münasibətlərinin xüsusiyyətləri və Türkiyə ilə Azərbaycanın yaxın münasibətləri nəzərə alınarsa, Rusiyanın bu cür davranması, yumşaq deyilsə, anlaşılmazlıq yaradır",- deyə qəzet davam edir,

Əslində, isə rəqəmlər erməni KİV-inin yersiz hay-küy saldığını göstərir. Bu iki layihə heç müqayisə olunacaq səviyyədə deyil. Rusiyanın “Rosatom” şirkəti tərəfindən Türkiyənin Mersin vilayətində 22 milyard dollarlıq sərmayə yatıraraq gücü 4800 meqavatt olan iri bir kompleks tikintisinə başlayıb. Hər biri 1200 meqavatt olan 4 blok işə salınacaq. Artıq türkiyəli mütəxəssislər Moskvada təlim görürlər və 2023-2026-cı illərdə istifadəyə veriləcək kompleksdə işləyəcəklər. 

Türkiyənin tikməyi planlaşdırdığı AES-lər
Türkiyənin tikməyi planlaşdırdığı AES-lər

Ermənistan isə nə qədər yeni AES tikintisi barədə israr etsə də Rusiya buna razılıq verməyib. Çünki 1200 meqvattlıq bir blokun tikintisi üçün ən azı 5 milyard dollar lazımdır. Ermənistanın 500 meqavatta bərabər daxili bazarında həmin enercini sərf etməyin qeyri-mümkünlüyünü nəzərə alan Rusiya bu layihədən vaz keçib. Buna görə də sadəcə köhnə AES-in ikinci blokunda 236 meqavattlıq yeni blok quraşdırılacaq və bu. 10 il idarə edəcək. Bundan sonra isə Avropa Birliyi ilə bağlanmış saziş əsasında Ermənistan AES söküləcək.

Məhz bu erməniləri qorxudan səbəbdir. Məsələ bundadır ki, nüvə texnologiyası dünyanın 1 yalnız 31 ölkəsində var. Ermənistanın həmin siyahını tərk etməsi və yerinə Türkiyənin girməsi erməniləri həddindən narahat edir. Atom texnologiyalarına Türkiyə kimi iqtisadi və hərbi cəhətdən güclü ölkənin girişinin olması sonradan onu nüvə silahı sahibi də edə bilər. Bu isə Türkiyə üzərində istənilən iddiaların, o cümlədən uydurma erməni iddialarının təsirini sonsuza qədər sıfra endirər.