Avropadan İlham Əliyevə təbrik

14 Aprel, 2018 11:40 | Siyasət | Baxış sayı: 53
Seçki
Seçki

"Sizinlə sıx işləmək niyyətindəyəm"

Avropa Şurasının Baş katibi Torbyorn Yaqland Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. O, İ.Əliyevi yenidən dövlət başçısı seçilməsi münasibəti ilə təbrik edib. 

"Avropa İnsan Hüquqları Konvensiyasına əsaslanan, insan hüquqları, demokratiya və qanunun aliliyi standartlarının üstünlüyünün Azərbaycanda təmin olunması istiqamətində Sizinlə sıx işləmək niyyətindəyəm”.

Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk da təbrik ünvanalayıb. "Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istəyirəm.

Ümidvaram ki, yeni prezidentliyiniz müddətində ortaq fundamental dəyərlərə və prinsiplərə, eləcə də qlobal siyasi və iqtisadi maraqlarımıza əsaslanan yeni geniş ikitərəfli saziş üzrə aparılan danışıqlar vasitəsilə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər daha da dərinləşəcək.

Mən, həmçinin regionda sabitlik və rifah kimi ümumi məqsədlərimizə nail olmaq, Avropa İttifaqının iştirakını və dəstəyini daha da gücləndirmək məqsədilə Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığımızı inkişaf etdirmək naminə Sizinlə fəaliyyətimizin davam etməsini səmimiyyətlə arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".