Amerika dünyanı aldadır?

14 Aprel, 2018 11:02 | Siyasət | Baxış sayı: 190
Suriyada kimyəvi silahdan istifadə ilə bağlı ittiham
Suriyada kimyəvi silahdan istifadə ilə bağlı ittiham

Suriyaya atılan bombalar kimyəvi silahdan istifadəni araşdıracaq ekspertlərin işini dayandırdı

ABŞ, Böyük Britaniya və Fransa tələsdi. Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının (KSQT) mütəxəssislərdən ibarət qrupu kimyəvi silahdan istifadə edilməsinə dair iddiaları araşdırmaq üçün Suriyanın Duma şəhərində bu gün yoxlamalara başlamalı idi.

Onlar BMT-nin göndərişi ilə Suriyaya ötən gün getmişdilər. Suriya hpkuməti ekspertlərə iddiaları araşdırmaq üçün bütün şəraiti yaradacağını elan etmişdi. 

Qərb ölkələrinin rəhbərləri əlbətdə ki, bu barədə xəbərdar idilər. Ancaq nə üçün isə onlar müşahidəçi ekspertlərin işinə mane olmağa qərar veriblər. Suriyaya zərbə endirməklə ABŞ və müttəfiqləri ekspertlərin işini də dayandırıb. Axı həqiqət acı olur və heç də hər kəsin xoşuna gəlmir...