Gürcüstan Ermənistanın bütün yollarını bağladı

14 Mart, 2020 10:33 | Siyasət | Baxış sayı: 1559
Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyan arvadı ilə karantində

Ermənistanın baş naziri Nikol Paşinyan həyat yoldaşı ilə karantinə alınıb. Nazir bildirib ki, o və Anna Akopyan bu gün koronavirus testindən keçəcəklər. Baş nazir bu barədə dünən özünün Facebook səhifəsində canlı yayım edərkən deyib.

O xatırladıb ki, bir neçə gün əvvəl arvadı Braziliyada səfərdə olub və martın 7-də bu ölkənin prezidentinin xanımı ilə görüşüb. Paşinyan bildirib ki, indi onlar izolyasiya rejimindədirlər.

Bununla yanaşı gürcüstan da artıq Ermənistan ilə sərhəddini bağlamaq haqqında qərar qəbul edib. İranla da sərhəddi bağlanan Ermənistan regionda hər kəsdən təcrid olunmuş vəziyyətdə qalıb.