Ramil Usubov polis rəisini təqaüdə göndərdi

14 Mart, 2019 16:36 | Siyasət | Baxış sayı: 101
Ramil Usubov
Ramil Usubov

Yerinə yeni təyinat olub

Daxili işlər naziri Ramil Usubov yeni polis rəisi təyin edib.

IstiPress "Unikal.org"un əldə etdiyi məlumata istinadən bildirir ki, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Gədəbəy rayon polis şöbəsinin rəisi polis polkovniki Məhərrəm Quliyev təqaüdə göndərilib.

Nazirin digər əmri ilə, Mehman Zeynalov Gədəbəy Rayon Polis şöbəsinin rəisi təyin olunub.O, bu təyinata qədər Mingəçevir Şəhər Polis şöbəsinin rəis müavini olub.

Xəbəri Gədəbəy rayon polis şöbəsindən təsdiqləyiblər.