İrəvanda polislə aksiya iştirakçıları arasında toqquşma olub - VİDEO

14 Mart, 2019 15:23 | Siyasət | Baxış sayı: 63
İrəvanda “Atlantis qarden” kafesinin söklüməsinə etiraz aksiyası
İrəvanda “Atlantis qarden” kafesinin söklüməsinə etiraz aksiyası

Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub

Ermənistan paytaxtı İrəvanda polislə etiraz aksiyasının iştirakçıları arasında toqquşma olub.

İstiPress-in "news.am"a istinadən məlumatına görə, aksiya iştirkçıları Akademik Opera və Balet Teatrının ərazisində fəaliyyət göstərən “Atlantis qarden” kafesinin söklüməsinə etirazlarını bildiriblər. 

Polis güc tətbiq edərək aksiyanı dağıdıb. Bu zaman asayiş keşikçiləri ilə etirazçılar arasında toqquşma olub. Bununla belə kafenin əməkdaşları başqa ərazidə oturaq aksiya təşkil ediblər. Daha sonra onlar yenidən “Atlantis qarden” kafesi söküldüyü Azadlıq meyadanına gəliblər. Aksiya iştirakçıları “Siz kimsiniz? Əvvəlkilərdən nə ilə fərqlənirsiniz? Hökumət başçısı haradadır? İrəvan meri haradadır?” kimi şüarlar səsləndirirlər. Onlar şəhər meri Ayk Marutyanla görüş tələb edirlər.

Qeyd edək ki, 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ilk dəfə aksiya iştirakçıları ilə polis arasında qarşıdurma olub.