İlham Əliyev: Ermənistan hökumətinin danışıqlar formatını dəyişdirmək cəhdi qəbuledilməzdir

14 Mart, 2019 14:46 | Siyasət | Baxış sayı: 100
İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı
İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı

Azərbaycan Prezidenti vurğulayıb ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır

“Biz görürük ki, Ermənistan hökuməti bu gün danışıqlar formatını dəyişdirməyə cəhd edir. Bu isə qəbuledilməzdir. Beynəlxalq təşkilatlar, ATƏT-in Minsk qrupunun həmsədrləri də bunu bəyan edirlər”.

IstiPress-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin nəticələri barədə ətraflı danışan Prezident İlham Əliyev bu formatın artıq uzun illərdir mövcud olduğunu bildirdi və bunu dəyişdirmək cəhdini danışıqlar prosesini bloklamaq cəhdi kimi səciyyələndirdi. Vurğuladı ki, danışıqlar yalnız danışıqlar xatirinə aparılmamalıdır.

Forumda Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani, Albaniya Prezidenti İlir Meta, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Şefik Caferoviç, Moldova Prezidenti İqor Dodon, Monteneqro Prezidenti Milo Dukanoviç, Bolqarıstanın Baş naziri Boyko Borisov çıxış ediblər.

Daha sonra İtaliya Prezidenti Sercio Mattarellanın Forum iştirakçılarına məktubunu İtaliyanın ölkəmizdəki səfiri Auqusto Massari oxuyub. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyin müraciətini Birləşmiş Krallığın ölkəmizdəki səfiri Karol Krofts çatdırıb. BMT İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqer BMT-nin baş katibi Antonio Quterreşin Foruma müraciətini oxuyub.

Forumda Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike- Freyberqa çıxış edib.

İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı
İlham Əliyev VII Qlobal Bakı Forumunda çıxışı zamanı