Bakıda Qlobal Forum başladı

14 Mart, 2019 10:49 | Siyasət | Baxış sayı: 22
Qlobal Bakı Forumu
Qlobal Bakı Forumu

Prezident İlham Əliyev də açılışa qatılıb

Azərbaycanın paytaxtında “Dünyanın yeni xarici siyasəti” mövzusunda VII Qlobal Bakı Forumu işə başlayıb. Prezident İlham Əliyev Forumun açılış mərasimində iştirak edir.

Əvvəlcə birgə foto çəkdirilib.

Forumu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin açıb.

Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə nitq söyləyib. 

Üç gün davam edəcək bu mötəbər tədbirə 50 ölkədən 500-dən artıq nümayəndə qatılıb. Forum çərçivəsində keçiriləcək 10 sessiyada qlobal və regional əhəmiyyət daşıyan məsələlər müzakirə ediləcək.