Az pensiya alanlara "müftəxor" deyən deputat Nəbiyev mandatını itirdi

14 Mart, 2019 14:33 | Siyasət | Baxış sayı: 728
Pensiya yaşına çatmış qadın
Pensiya yaşına çatmış qadın

Onu üzvi olduğu partiyadan da çıxarıblar

Rusiyanın Volqoqrad vilayət Dumasının deputatı Həsən Hilal oğlu Nəbiyev mandatından məhrum olacaq. İstiPress-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, buna səbəb onun az təqaüd alan təqaüdçüləri “tüfeyli, müftəxor və sərxoşlar” adlandırmasıdır. 

Rusiya mətbautında yer alan məlumata görə, o özü mandatından imtina edib. Vaxtından öncə istefa ərizəsi yazması barədə deputat bu gün açıqlama verib. 

Volqoqrad vilayət Dumasının saytında da bu barədə məlumat yerləşdirilib. “Bu gün Volqoqrad vilayət Dumasının dövlət quruculuğu, yerli özünüidarəetmə və ərazilərin inkişafı Komitəsi regional parlamentin üzvü Həsən Nəbiyevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə məsələyə baxıb və müvafiq qərar qəbul edib”. Parlament komitəsi vilayət Dumasına bununla bağlı qanun layihəsi qəbul etməyi tövsiyə edib. Məsələyə regional parlamentin yaxın günlərdə baxacağı gözlənilir. 

Xatırladaq ki, bundan öncə də deputatın mənsub olduğu “Edinaya Rossiya” fraksiyası deputatın partiya sıralarından çıxarılması haqqında qərarı yekdilliklə qəbul edib.

Deputat 8 min rubl civarında pensiya alanlarla bağlı qalmaqallı çıxışını martın əvəllərində edib. Onun sözlərinə görə, insan özünün günahı ucbatından aztəminatlı olur. Nəbiyev sonradan sözlərinə görə üzr istəyib. 

Həsən Nəbiyev
Həsən Nəbiyev