Türk nazir Bakıya gəlir

14 Mart, 2018 11:25 | Siyasət | Baxış sayı: 54
Binali Yıldırım-Türkiyənin baş naziri
Binali Yıldırım-Türkiyənin baş naziri

Türkiyənin Baş naziri Binəli Yıldırım Azərbaycana gəlir. O, Bakıya yola düşməzdən əvvəl Ankaranın Esenboğa hava limanında mətbuat konfransı keçirib. 

Rəsmi səfərdə B.Yıldırımı xanımı Semiha Yıldırımdan başq abir sıra dövlət rəsmiləri də müşayiət edir. 

O, Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.