Sarkisyan indi də müdafiə naziri olmaq istəyir?

14 Mart, 2018 12:45 | Siyasət | Baxış sayı: 220
Sarkisyan
Sarkisyan

Yerli mətbuatdan yeni iddia

Ermənistanın hazırkı prezidenti Serj Sarkisyan müdafiə naziri ola bilər. İstiPress-in məlumatına görə, bu barədə erməni mətbuatı yazır. Yerli nəşrlərin yazdığına görə, yeni seçilən dövlət başçısı Armen Sarkisyanın aprel ayında andiçmə mərasimi olacaq. Məhz bundan sonra Serj bu posta təyinat alacaq. 

Sarkisyanın konsitutsiya dəyişikliyindən sonra ölkəyə rəhbərliyi ələ alacaq şəxs - baş nazir olacağı gözlənilirdi. Lakin indi "Past" qəzeti bu məsələnin qətiləşmədiyini yazır. "Bu və ya başqa yolla Sarkisiyan ölkənin ən nüfuzlu şəxsi olmaq niyyətindədir. Hətta Müdafiə Nazirliyinin rəhbəri olsa belə".