Prezident türk nazirlə görüşdü

14 Mart, 2018 15:35 | Siyasət | Baxış sayı: 73
 İlham Əliyev Binəli Yıldırım ilə
İlham Əliyev Binəli Yıldırım ilə

Binəli Yıldlrlmın səfəri bu gün başlayıb

Türkiyənin baş nazirinin Azərbaycana səfəri başlayıb. İstiPress-in məlumatına görə, bu gün Azərbaycan prezidenti İlham Əliyev Binəli Yıldırım ilə görüşüb.

Nazirin səfəri bu gün başlayıb. Rəsmi səfərdə B.Yıldırımı xanımı Semiha Yıldırımdan başq abir sıra dövlət rəsmiləri də müşayiət edir. 

O, Azərbaycan Prezidenti İlham Əliyevdən əlavə Milli Məclisin sədri Oqtay Əsədov, Baş nazir Artur Rasi-zadə və digər rəsmi şəxslərlə görüşəcək.

B.Yıldırım Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 15-18-də keçiriləcək VI Qlobal Bakı Forumuna qatılacaq. B.Yıldırım xarici dövlətlərin foruma qatılacaq rəsmiləri ilə ikitərəfli görüşlər də keçirəcək.