Azərbaycanlı nazir çərşənbəni belə keçirdi FOTO, VİDEO

14 Mart, 2018 11:35 | Siyasət | Baxış sayı: 301
Nazir bayram tonqalını yandırdı
Nazir bayram tonqalını yandırdı

General-polkovnik tonqal qalayıb rəqs edib

Müdafiə Nazirliyinin rəhbərliyi Yel çərşənbəsini əsgərlərlə keçirdi. Nazirlikdən İstiPress-ə verilən məlumata görə, general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Yel çərşənbəsini təlimlərdə iştirak edən hərbi qulluqçularla birgə keçirib.

Milli-mənəvi dəyərlərimizin qədim ənənələrindən olan Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə naziri bayram şənliyində iştirak edib, tonqal ətrafında toplaşan əsgər və zabitlərlə söhbət edib.

Görüşdə döyüş hazırlığının, sosial-məişət şəraitinin, mənəvi-psixoloji vəziyyətin və döyüş ruhunun yüksək olduğunu xüsusi qeyd edən hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Ali Baş Komandanın döyüş əmrinə hazır olduqlarını bildirblər.