Ermənilərin yeni oğurluq mənbəyi

14 Mart, 2018 13:20 | Siyasət | Baxış sayı: 170
Ermənilər hava limanında
Ermənilər hava limanında

Hücum et, sındır və götür get

Ermənistanda cinayətin yeni növü peyda olub - maşınladan qaz balonlarını oğurlamaq. Hər gecə onlarla maşının şüşüələri sındırılır və onlar qaz balonlarından “xilas" edilirlər. Görünür bu cinayət elə də az qazanc gətirmir. Çünki soyulan maşın sayı sürətlə artır. Polis heç nə edə bilmir. Hüquq mühafizə orqanı əməkdaşlarının özləri deyirlər ki, cinayət səviyyəsinin artımı birbaşa iqtisadi vəziyyətlə bağlıdır. Həyat getgedə daha bahalı olur, ətrafda isə işsizlik hökm sürür. İşıq ucu belə görünmür.

Hakimiyyət isə baş verənləri ancaq izləyir. Ölkə rəhbərləri dəfələrlə deyiblər ki, dözmək lazımdır. Çünki yaxın 2-3 ildə nə maaş, nə də pensiya artımı gözlənilmir. 

Mütəxəssislər qeyd edirlər ki, Ermənistanda cəmiyyət nəhəng addımlarla təbəqələşməyə doğru gedir – günü-gündən artan yoxsullar və varlılar.

Ermənistanda cinayətin illik artımı artıq 15 faizə çatır. Çoxları hesab edir ki, quldurluq və soyğunçuluğun artımına yerli telekanallar da səbəb olur. Belə ki, onlar öz verilişlərində belə kriminalı az qala ideallaşdırırlar. Hakimiyyət isə təəssüf ki, iqtisadiyyatın əvəzinə daha çox siyasətlə məşğul olur.

Bu arada Rusiya mətbuatı Ermənistanın MDB məkanında ən yoxsusl ölkələr siyahısında üçüncü olduğunu açıqlayıb.