Azərbaycan nota verdi - ABŞ bəyanat yaydı

14 Mart, 2018 09:30 | Siyasət | Baxış sayı: 346
ABŞ bayrağı
ABŞ bayrağı

"Nə ABŞ, nə də digər ölkələr..."

"Birləşmiş Ştatların Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib. Nə ABŞ, nə də digər ölkələr, o cümlədən Ermənistan Dağlıq Qarabağ rejimini de-fakto tanımır".

İstiPress-in məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidməti bu barədə açıqlama yayaıb. 

Məlumatda deyilir ki, Amerika Birləşmiş Ştatları ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında danışıqlar yolu ilə həll olunması istiqamətində fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "prezidenti" kimi təqdim edən Bako Saakyanın ABŞ-a səfəri və Konqresin inzibati binasında qondarma rejimi təbliğ edən tədbir keçirməsi ilə əlaqədar ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta XİN-nə çağırılmışdı.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ABŞ Dövlət Departamentinə ünvanlandığı etiraz notası ona təqdim edilib. Həmçinin, Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Dövlət Departamentində görüş keçirərək Azərbaycanın etirazını ABŞ tərəfinə çatdırıb.