ABŞ prezidenti ən yaxın adamını vurdu

14 Mart, 2018 08:50 | Siyasət | Baxış sayı: 80
Reks Tillerson
Reks Tillerson

"Fikirlərimiz eyni deyildi"

ABŞ prezidenti Donald Tramp özünün ən yaxın adamlarından birini komandasından uzaqlaşdırıb. istiPress-in məlumatına görə, dövlət katibi Reks Tillerson vəzifəsindən azad edilib. Bu barədə prezident Donald Tramp öz "Twitter" səhifəsində yazıb. O, bu qərarını dövlət katibi ilə fikirlərinin üst-üstə düşməməsi ilə izah edib. 

D. Tramp R. Tillersonu vəzifədən uzaqlaşdıracağını və yerinə Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeonu təyin edəcəyini bildirib. O, Mərkəzi Kəşfiyyat İdarəsinin hazırkı rəisidir. 

Bu arada, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CİA)  yeni rəhbər təyin edilib. Tarixində ilk dəfə olaraq bu quruma qadın başçılıq edəcək. Pompeonu bu postda Cina Haspel əvəz edəcək. O, direktorun 1-ci müavini vəzifəsini tutub.