Türkiyə qondarma erməni soyqrmını tanıyan ölkəyə od püskürdü

14 Fevral, 2020 10:22 | Siyasət | Baxış sayı: 137
Türkiyə Xarici İşlər Nazirliyinin binası
Türkiyə Xarici İşlər Nazirliyinin binası

"Tarixin ən qorxulu fəlakətlərindən biri sərhədlərimizdə yaşanır"

Türkiyə Suriya parlamentinin qondarama erməni soyqırımını tanıması haqqında qərarını qınayıb. Xarici İşlər Nazirliyinin sözcüsü Hami Aksoy qərardan sonra açıqlama verib. 

"Bu, öz xalqına qarşı illərdir qadın-uşaq demədən hər cür qətliamı tədbiq edən, milyonlarla vətəndaşını didərgin salan, kimyəvi silahdan istifadə məharəti ilə yaxşı tanınan bir rejimin ikiüzlülüyünün fotosudur.

Rejimin səbəb olduğu humanitar fəlakt hələ də davam edir. Tarixin ən qorxulu fəlakətlərindən biri sərhədlərimizdə yaşanır. 

Xatırladaq ki, Suriya Livandna sonra qondarma erməni soyqırımını tanıyan ikinci ərəb ölkəsidir.