Paşinyanın Qarabağ məsələsində Azərbaycanın xeyrinə atdığı ən önəmli addım

14 Fevral, 2020 16:47 | Siyasət | Baxış sayı: 756

Venetsiya Komissiyasından və AŞPA-dan önəmli açıqlamalar

Nikol Paşinyanın Konstitusiya Məhkəməsinin rəhbərini referendum yolu ilə istefaya göndərmək fikri əksər ekspertlər tərəfindən poppulist addım kimi dəyərləndirilsə də Venetsiya komissiyası tərəfindən qanunsuzluq sayılır.

İstiPress-in məlumatına görə, aprelin 5-də keçiriləcək və əsas məqsədi konstitusiyaya düzəliş yolu ilə  Ermənistan Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanı istefaya göndərmək olan referendumu Avropa Şurasının Venetsiya Komissiyasının rəhbəri Canni Bukikkio hakimlərə qarşı şəxsi təzyiq vasitəsi kimi dəyərləndirib. Onun sözlərinə görə, bu, ölkədə vəziyyəti daha da gərginləşdirəcək.

Tofiq Abbasov - politoloq
Tofiq Abbasov - politoloq

Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində bildirib ki, Nikol Paşiyan bu addımı ilə beynəlxalq ictimaiyyətin gözündə öz imicini  Serj Sarksiyanınkından da aşağı saldı: “Təbii ki, bu, baş nazir kürsüsünü tutsa da, blogerlikdən başqa heç nə bacarmadığını sübut etmiş Paşinyanın növbəti poppulist addımıdır. Robert Koçaryanın həbsinin qanunsuz olması barədə qərar çıxarmış Hrayr Tovmasyanı istefaya göndərmək üçün konstitusiyanı öz bildiyi kimi dəyişəcək. Bundan əvvəl Serc Sarkisyan da ölkəni parlament respublikasına çevirməklə hakimiyyətinin ömrünü uzatmaq üçün konstitusiyanı dəyişmişdi”.

Politoloqun fikrincə, Paşinyanın da aqibəti elə Serj Sarkisyanınkı kimi olacaq: “Paşinyan bu cür addımlarla vaxt udamaq istəyir. Amma zaman gözləmir - erməni xalqı yalançı ÜDM artımları ilə qane olmayacaq. Ondan real iş yerləri və dolanışıq tələb edirlər. Özü də onun inqilab yoldaşı - milli təhlükəsizlik xidmətinin keçmiş rəhbəri Artur Vanesyan müxalifətə keçib və müxtəlif dairələrdən onu dəstəkləyirlər”,- deyə Tofiq Abbasov vurğulayıb.

Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması
Madrid prinsiplərinə əsasən Azərbaycanın işğal olumuş ərazilərinin mərhələli şəkildə azad olunması

stənilən halda, Nikol Paşinyan Avropanın gözündə Ermənistanın həqiqi qiymətini canlandırdı. Bundan əvvəl narıncı inqilab eyforiyasına qapılmış erəmnilər midldia edirdilər ki, Nikol Paşinyan dünyaya göstərdi ki, Ermənistan artıq oturuşmuş demokratiya ölkəsidir, buna görə də Qarabağın “daha az demokratik olan”  Azərbaycandan qoparıb “oturşmuş demokratiya ölkəsi” Ermənistana verilməsini dəstəkləməlidirlər. Amma Paşinyan reperssiv addımları ilə sübut etdi ki. Ermənistanda nəinki demokratiya, heç normal dövlət idarəetməsi də yoxdur. Təsadüfi deyil ki, AŞPA-nın son iclasında Nikol Paşinyanın keçirmək istədiyi refrendumun Ermənistanda məhkəmə sistemin onsuz da aşağı olan etibarı sıfra endirəcəyi vurğulanıb.