MSK sədri seçkidən danışdı: "Mən belə pozuntuları görürdüm"

14 Fevral, 2020 09:03 | Siyasət | Baxış sayı: 54
Məzahir Pənahov
Məzahir Pənahov

"Məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır"

"Bu seçkilərdə başa düşmədiyim hal olub. Fərz elə ki, məntəqədə hamının gözünün qabağında götürüb bülleteni qutuya atır. Deyilir ki, kamera çəkir və hələ bir az da həvəslə atır. Deyək ki, bəlkə də o, bunun yolverilməz olduğunu bilmir. Hamı bilir, hətta uşaq da bilir ki, bunu etmək olmaz. Digər tərəfdən adamda bir məntiq də olmalıdır da. Əgər bunu bilir və edirsə, nə üçün edir? Mən demirəm ki, o, bunu qəsdən edir. Deməli, bunu etməkdə hansısa maraq var. Ona görə də bu məsələ məndə təəccüb doğurub".

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə təəccüblə qarşılaşdığı pozuntuları açıqlayıb.

Onun sözlərinə görə, seçki prosesində istənilən xoşagəlməyən hal istəsək də, istəməsək də Azərbaycanın ünvanına yazılır. 

"Mən belə pozuntuları görürdüm. Bunlar məntiqi olmayan pozuntulardır. Dünyanın hər yerində insanlar nədənsə razı, nədənsə də narazıdır. Bu, adi haldır və insan həmişə hər şeydən razı olmur"