İrana Varşavadan edilən hücum

14 Fevral, 2019 18:07 | Siyasət | Baxış sayı: 860
Xaş - Zahedan yolunda kamikadze-terrorçu tərəfindən törədilmiş terror
Xaş - Zahedan yolunda kamikadze-terrorçu tərəfindən törədilmiş terror

Tehranın 60 ölkənin toplaşdığı tədbirlə bağlı sərt çıxışı

İran xarici işlər naziri Cavad Zərif öz "Twitter"ində Sistan və Belucistan vilayətində "İslam mühafizləri" əsgərlərinə edilən qanlı hücumu Suriya ilə bağlı Varşavada keçirilən konfransla əlaqələndirib.

İstiPress-in məlumatına görə, Cavad Zərif bildirib: "Təsadüfdür, yoxsa yox, İranda teroor hadisəsi "Varşava sirki" başlayan gün gerçəkləşdi. Özü də, Varşava küçəloərində  terrorçuların dəstəsini salmlayırlar, sosial şəbəkələrdə onlara dəstək verirlər".

İranın cənub-şərqində yerləşən Sistan və Belucistan vilayətində terror hadisəsi fevralın 13-də baş verib. İçi partlayıcı ilə dolu avtomobil Xaş - Zahedan yolunda kamikadze-terrorçu tərəfindən "İslam mühafizləri" hərbçilərinin getdiyi avtobusun üzərinə sürülüb. Nəticədə 41 nəfər dünyasını dəyişib. Ölənlər arasında hərbçilərlə yanaşı  dinc sakinlər də olub.

Sistan və Belucistan - XƏRİTƏ
Sistan və Belucistan - XƏRİTƏ

Terrorla bağlı məsuliyyəti radikal sünni terror qruplaşması "Ceyş əl-Ədl" ("Ədalət ordusu") öz üzərinə götürüb. 2012-ci ildə yaradılmış bu qruplaşmanın hesabında çox sayda İran hərbçisinin, polisinin və şiə liderlərin Sistan və Belucistan vilayətində gerçəkləşdirilmiş qətli var. 2019-cu ilin əvvəlindən isə artıq üçüncü dəfədir ki, «Ceyş əl-Ədl» qruplaşması vilayətdə terror həyata keçirir. Belə ki, yanvarın 29-da vilayətin mərkəzi Zahedan şəhərində partlayış olub və üç polis əməkdaşı yüngül yaralanıb. Fevralın 1-də isə qruplaşma Nikşehr şəhərində İnqilab mühafizləri korpusunun qərargahına hücum edib – bir nəfər ölüb və beş nəfər yaralanıb.

Sonuncu dəhşətli terror hücumu isə Varşavada keçirilən ikigünlük Yaxın Şərq konfransının başlaması ilə üst-üstə düşüb və bu da İran xarici işlər nazirinin müəyyən eyhamına səbəb olub. Məsələ bundadır ki,  ələvi şiələr tərəfindən idarə olunan Suriya ilə bağlı konfransa İsrail də daxil olmaqla 60 ölkə çağrılıb. Konfransa Avstriya, Böyük Britaniya, Macarıstan, Litva, hətta Ukrayna kimi ölkələr dəvət edilib, amma Suriya ilə dini şiə İranı dəvət olunmayıb. Yaxın Şərq bölgəsini isə konfransda Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Küveyt, Mərakeş, Oman və Bəhreyn kimi sünni feodal dövlətləri təmsil edir. Buna görə İran bu konfransı öz əleyhinə olan tədbir sayır, radikal sünni qruplaşmaların ərazisinə etdiyi terror hücumunu da bu tədbirlə əlaqələndirir.