Ermənistan üçün hərb və sülh məsələsi

14 Fevral, 2019 15:39 | Siyasət | Baxış sayı: 711
Ermənistan ordusu aprel döyüşlərində
Ermənistan ordusu aprel döyüşlərində

Həqiqət, yoxsa arzuları həqiqət kimi görmək cəhdi

Bir neçə gündən sonra Münhendə ənənəvi təhlükəsizlik konfransı işə başlayacaq. Bu tədbir çərcivəsində Azərbaycan və Ermənistan XİN rəhbərlərinin də görüşünün keçirilməsi nəzərdə tutulur.

Özünün mənbələrinə istinad edən “Qraparaq” qəzeti yazır ki, bu görüşdən sonra Azərbaycan prezideenti İlham Əliyevlə erməni baş nazir Nikol Paşinyanın da görüşü olacaq. Hətta bu görüşün yerini də deyirlər – ABŞ. Paşinyanın mətbuat xidmətinin rəhbəri artıq bildirib ki, bu barədə heç bir məlumatı yoxdur.

Qarabağ münaqişəsi Cənubi Qafqazda quraşdırılmış bir bombadır. O hər an partlaya bilər. Ermənistanda bunu yaxşı anlayırlar. Cəmiyyət ötən ilki inqilabdan sonra praktiki olaraq parçalanma var. Bu gün vəziyyəti həm də böyük iqtisadi böhran daha da pisləşdirir. Hərbi ehtiyaclar üçün böyük xərclər, sərhədlərin bağlı olmasının  yükü bütünlüklə əhalinin çiyinlərinə düşüb.

Burada ermənilərə yaxşı dərs verildiyi 2016-cı ildə baş vermiş 4 günlük aprel müharibəsini yaxşı xatırlayırlar. Bu gün siyaətçilərin, hərbçilərin, partiya rəhbərlərinin Qarabağa görə sona kimi döyüşəcəkləri demələrinə baxmayaraq, əslində, hər kəs anlayır ki, yeni müharibə Ermənistan üçün daha faciəli nəticələrə gətirib çıxara bilər. Təsadüfi deyil ki, məhz Paşinyanın təşəbbüsü ilə iki dəfə İlham Əliyevlə qısamüddətli də olsa görüş keçirilib.

Bu gün Ermənistan mətbuatı da müharibə haqqında yazır. Bəziləri Rusiyanın hələ gələcəkdə verəcəyi hansısa 4 köhnə qırıcıya görə mifik hərbi üstünlükdən bəhs edir, “Qraparaq” kimiləri isə görüşlərdən yazır. Hər kəs nə isə proqnozlaşdırır – sülhə doğru addım atılır, yoxsa yeni müharibəyə? 

Bizim prezidentin baş verən hadisələrə nəzər nöqtəsi isə nəinki biz, ermənilər də görəcəklər. İlham Əliyev dəfələrlə deyib ki, Qarabağdan çıxın. Paşinyan hələlik müqavimət göstərir, hansısa fantastik ideyalarını təbliğ edir. Nə vaxta kimi? Sonra Ermənistan üçün gec olmayacaqmı?..