Rusiyadan müdhiş Türkiyə iddiası

14 Fevral, 2018 14:35 | Siyasət | Baxış sayı: 1006
S-400
S-400

ABş və NATO-nu qorxudan açıqlama

Türkiyə Rusiyadan S-400 raket kompleksinin ikinci partiyasını almağa hazırlaşır. İstiPress-in məlumatına görə, bu iddia Rusiya mətbuatında yer alıb. İddiaya görə, Ankara ilə Moskva arasında artıq ABŞ, NATO-nu belə qorxuya salan silahın alqı-satqısı ilə bağlı yeni danışıqlar başlayıb.

“Komsomolskaya Pravda”nın iddiasına görə, S-400-ün ikincisinin alışı ilə bağlı razılaşma 2020-ci ildə imzalanacaq. Bunun üçün hər iki tərəf arasında müntəzəm olaraq görüşlər keçirilir. Üstəlik ikinci partiya daha tez - cəmi bir ilə (2021-ci ildə) təhvil veriləcək.

Hələlik bu iddia ilə bağlı Rusiya tərəfindən hər hansı rəsmi açıqlama verilməyib. 

Xatırladaq ki, Türkiyənin Rusiyadan ən güclü silahlarından biri hesab edilən S-400 kompleksini alması bütün dünyanı ayağa qaldırıb. Bu alqı-satqıdan ən çox narahat olan isə ABŞ və NATO olub.  Alyans bu alış-verişin Türkiyənin daxili işi olduğunu desə də, S-400 alışının böyük problemlərə səbəb ola biləcəyini də gizlətməyib və hətta təhdid də edib. Bundan əlavə alış-verişin Ankaranın alyansın raketdən müdafiə birləşmiş sisteminə daxil olmasına da maneə yaradacağı qeyd edilib. 

Rusiyadan S-400 raket kompleksi alan Türkiyəni təhdid edən NATO-nun cavabını verib. Hərbi eskpert Aleksand Jilinin sözlərinə görə, alyansın açıqlaması onun təşvişə düşdüyünü göstərir.  "Əgər S-400 kompleksi alınsa, hər hansı ağılsız onu cəzalandırmaq qərarına gəlsə belə raketlər Türkiyə doğurdanda qoruyacaq. Kompleks ilk növbədə zərbələr endirməyi sevən Amerika aviasiyasının qabağını kəsəcək". 

Tərəflər Türkiyəni istənilən cəhdlə, o cümlədən hədə ilə Rusiya ilə danışıqlar masasına oturmaqdan çəkindirmək istəsələr də buna nail ola bilməyiblər. Rusiya S-400 raket zenit kompleksinin ilk partiyasını 2019-cu ildə təhvil verməlidir.