Putin Poroşenko ilə danışdı

14 Fevral, 2018 09:50 | Siyasət | Baxış sayı: 99
V.Putin və P.Poroşenko
V.Putin və P.Poroşenko

Rusiya və Ukrayna liderləri arasında telefon danışığı olub

Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Pyotr Poroşenko arasında telefon danışığı olub. Bu barədə Ukrayna mətbuatı prezident adminstrasiyasına istinadla məlumat yayıb. Məlumatda qeyd edilir ki, söhbət zamanı prezidentlər əsir düşmüş ukraynalı hərbçilərin taleyini müzakirə ediblər. 

"Ukrayna prezidenti girovların azad edilməsini, xüsusilə də, əsir sərhədçilərin mübadiləsi və işğal olunmuş ərazilərdəki Ukrayna hərbçilərinin azad edilməsinin tezləşdirilməsi üçün Rusiya prezidenti ilə telefon danışığı aparıb", - deyə məlumatda bildirilir.

İki ölkə lideri həmçinin Münhendə keçirilməsi nəzərdə tutulan "Normand dördlüyü" xarici işlər nazirləri görüşü barədəd müzakirə aparıblar. Görüş fevralın 16-da olacaq. 

Mətbuat xidmətinin məlumatına görə, danışıq Normand formatının avropalı partnyorları və amerikalı tərəfdaşlarının koordinasiyası ilə olub.