Prezidentliyə daha 4 iddiaçı qeydə alındı

14 Fevral, 2018 16:46 | Siyasət | Baxış sayı: 362
Prezident Administrasiyası
Prezident Administrasiyası

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında deputat Zahid Orucun və Ağ Partiyanın sədri Tural Abbaslının namizədliyinin irəli sürülməsi məsələsinə baxılıb.

İstiPress-in məlumatına görə, MSK katibi Arifə Muxtarova bildirib ki,  prezidentliyə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş hər iki şəxsin namizəd kimi qeydə alınması üçün əsaslar mövcuddur. Buna görə də onların namizədliyi səsə qoyularaq qəbul edilib.

Daha sonra iclasda həmçinin prezidentliyə namizədliyi özü tərəfindən irəli sürülmüş Anar Umudovun, Liberal Demokratik Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Fuad Əliyevin namizədlikləri təsdiq edilib