Rus musiqiçilər Qarabağa səfərin qadağan edildiyini bilmədiklərini deyiblər
Azərbaycan icazəsiz işğal altındakı Dağlıq Qarabağa səfər edən iki rusiyalını bağışladı. Azərbaycan XİN-dən İstiPress-ə verilən məlumata görə, Rusiya Federasiyası vətəndaşı, “Sülh naminə musiqi” layihəsinin üzvü, musiqiçi Vitali Vatulya və Mariya Nemtsova Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
Onlar 2015-ci ildə “Sülh naminə musiqi” layihəsi çərçivəsində Dağlıq Qarabağa səfər etdiyini, Azərbaycanın razılığı olmadan həmin əraziyə səfərin qadağan olunduğu və doğuracağı nəticələr barədə məlumatlı olmadığını, səfərin Azərbaycanı Respublikasına və xalqına qarşı heç bir halda hörmətsizlik anlamı daşımadığını vurğulayıblar. Musiqiçilər Azərbaycan Respublikasının qanunlarına hörmət etdiyini qeyd edərək, sözügedən səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib.
Musiqiçi həmçinin, layihənin Bakıya, xüsusilə, Cocuq Mərcanlı kəndinə səfər edərək azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün ustad dərslər təşkil etmək və xeyriyyə konserti proqramları ilə çıxış etmək arzusunda olduğunu ifadə edib.
Hər kimi şəxsin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onların adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.
Xaricdən Paşinyana təsir göstərib sülhdən vaz keçməsini isətyirlər
Mədəniyyət Nazirliyinə tapşırıqlar veriılib
"Konfetlər Ermənistana gömrük rüsumu tətbiq edilməyən 25-50 kq-lıq partiya ilə daxil olub”
67 işçi istefa verəcəyini bəyan edib
Jurnalist “Lazarev klubu”da Qarabağ separatçılarının iştirak edəcəyini deyib