ABŞ kəşfiyyatı: bu il Qarabağda müharibə olacaq

14 Fevral, 2018 19:35 | Siyasət | Baxış sayı: 842
Müasir döyüş
Müasir döyüş

"Müharibə olsa belə Rusiya bazasına Azərbaycana qarşı çıxmaq əmri verilməyəcək"

Dağlıq Qarabağ ətrafındakı gərginlik Azərbaycanla Ermənistan arasında iri miqyaslı hərbi münaqişəyə çevrilə bilər.

İstiPress-in məlumatına görə, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts tərfindən 2018-ci il üçün dərc edilmiş “Dünya üzrə təhlükələrin qiymətləndirilməsi” məruzəsində bildirilir.

ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts
ABŞ Milli Kəşfiyyatının direktoru Deniel Kouts

Məruzədə qeyd edilir ki, müharibə o qədər geniş miqyaslı ola bilər ki, Rusiya öz strateji tərəfdaşı olan Ermənistanı müdafiə etməyə məcbur ola bilər. Həmçini  bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərin güzəştə getmək istəməməsi, daxildən artan təzyiqlər, Azərbaycanın sabit hərbi modernləşməsi, Ermənistanın isə Rusiyandan yeni silahlar alması irimiqyaslı hərbi əməliyyatlara səbəb ola bilər.

Məruzəyə görə, Kreml imkan daxilində keçmiş sovet ölkələrinə öz təsirini genişləndirməyə çalışacaq: “Prezident Vladimir Putin özünün növbəti prezidentlik müddətində Rusiyadan kənarda nəticələr əldə etmək üçün aqressiv və oportunist xarici siyasətə əsaslanacaq”.

Məruzədə yerləşdirilmiş xəritədə keçmiş sovet ölkələri üç qrupa bölünüb: Rusiyanın təsiri altında olan ölkələr - Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və qismən Tacikistan; Avropa Birliyinin təsiri altında olan ölkələr - Ukrayna, Gürcüstan və qismən Molodva; müstəqil ölkələr - Azərbaycan, Türkmənistan və Özbəkistan. 

Rusiyalı politoloq və tarixçi Oleq Kuznetsov amerikalaı eksspertin bu hesabatını təhlil edib. Onun sözlərinə görə, hazırki geosiyasis vəziyyətdə Rusiyanın Gümridə yerləşən 102 saylı hərbi bazasının da Azərbaycana qarşı çıxacağına əmin deyiləm. O, amerikalaı ekspertin bu il Qarabağda vəizyyətin gərginləşə biləcəyi barədə fikri ilə də razı olduğunu bildirib. "Qarabağda hərbi əməliyyatların bu il daha geniş miqyas ala biləcəyi ilə ABŞ kəşfiyyatının fikirlərini bölüşürəm. Buna əsas verən amillər isə peşəkarlara yaxşı bəllidir".