Paşinyanı qorxudan ən böyük hücum

14 Yanvar, 2020 17:06 | Siyasət | Baxış sayı: 771
Paşinyan artıq Gümrüdə Rusiya hərbi bazasında addımlayır
Paşinyan artıq Gümrüdə Rusiya hərbi bazasında addımlayır

Ermənmistan hökuməti bütün cəbhələrdə yalnız qalıb

Nikol Paşinyanın qızı Məryamın “Facebook”da dərc etdiyi açıqlamaya rəylər Ermənistan hakimiyyətini ciddi problemlər gözlədiyini ortaya çıxarır.

İstiPress-in məlumatına görə, Məryam yanvarın 12-də etdiyi açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş başçsısı Artur Vanesyanın onların ailəsinə qarşı şantac kampaniyasına başladığına işarə vurmuşdu.

Eyni zamanda, “Sputnik”in yazdığına göorə, Nikol Paşiyanın arvadı Anna Akopyanın baş redaktoru olduğu “Haykakan Jamanak” qəzetinin dərc etdirdiyi bir məqaləyə görə, Vanesyan xüsus jurnalistlər tutaraq baş nazirin ailəsinə qarşı böhtan kampaniyasına başlayıb. Özü də, bu iş Artur Vanesyanın Milli Təhlükəsizlik Xidmətinə rəhbərlik etdiyi dövrdə başlayıb. Bu işdə ona kriminal avtoritet Aram Vardanyan da dəstək verir. Məqalədə o da qeyd edilir ki, hazırda bu işə Serj Sarkisyanın kürəkəni Mikael Minasyan da yardımçı olur.   

Düzdür, Artur Vanesyan bütün bunları təkzib etsə də, açıq görünür ki, Serj Sarkisyan rəqibini zəiflətmək üçün getdikcə mübarizə dairəsini genişləndirir ki, bu da Paşiynanı qorxudur. Əks halda, Paşinyanın yeniyetmə qızı məsədəyə “ailə dəyərlərini” və “kişi sözünü” qatmazdı.

Amma burası da var ki, Artur Vanesyanın bu addımı əvvəllər Paşinyanı gözü yumulu dəstəkləyən qərb yönümlü erməni dairələrini də geri çəkilməyə məcbur edib. Məsələn, son bir-iki ildə Paşinyanı şəksiz dəstəkləyən analitki portalı “Lragir” bu gün dərc etdiyi bir məqalədə Nikol Paşiyanın mü toqquşmadan istənilən halda uduzmuş çıxacağını vurğulayır.

Göründüyü kimi, qərb yönümlülər artıq erməni inqilabının “yeriyən” liderinə inanmırlar. Yəqin, onun doğru istiqamətdə yürümədiyini düşünürlər. Bu isə o deməkdir ki, Nikol Paşiyan Rusiya tərəfdarlarının  bütün cəbhələrdə getdikcə güclənən hücumu qarşısında yalnız qalacaq.