Deputatlara pul verdilər

14 Yanvar, 2020 14:40 | Siyasət | Baxış sayı: 92
Manat
Manat

Millət vəkilləri bayrama görə əlavə mükafat alıblar

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibətilə Milli Məclisin deputatlarına əlavə pul mükafatı verilib.

İstiPress-in məlumatına görə, bunu “report”a açıqlamasında Vəhdət Partiyasının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib.

O bildirib ki, bayramlarla əlaqədar deputatlara 730 manat məbləğində əlavə pul mükafatı ödənilib: “Mən də digər həmkarlarım kimi həmin pulu almışam”.