Zelenski Bakıya gəlir

13 Dekabr, 2019 10:47 | Siyasət | Baxış sayı: 102
Vladimir Zelenski
Vladimir Zelenski

Ukraynanın şoumen prezidentinin səfəri gələn həftə baş tuta bilər

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycana səfər etməyi planlaşdırır. Bu barədə Ukraynanın baş naziri Aleksey Qonçaruk bildirib. Bu məsələ baş nazirin müavini Əli Əhmədovla Qonçarukun Kiyevdəki görüşü zamanı müzakirə edilib. 

Baş nazir bildirib ki, prezidentin bu səfəri iki ölkə arasında əməkdaşlıq üçün yeni mərhələnin başlanğıcı olacaq. 

Xatırladaq ki, daha öncə də Ukrayna mətbuatı Zelenskinin Azərbaycana səfərinin 16-17 dekabrda baş tutacağı barədə məlumat yaymışdı.