Rusiya sanksiyalarının vaxtı uzandı

13 Dekabr, 2019 09:31 | Siyasət | Baxış sayı: 25
Avropa İttifaqı
Avropa İttifaqı

Avropa İttifaqı dünən belə qərar qəbul edib

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı. Bu barədə qərar qurumun ötən günki sammitində qəbul edilib. Bu barədə "RİA Novosti" diplomatik mənbələrinə istinadla yazıb. Sanksiyaların müddəti 31 yanvarda başa çatmalı idi. 

"Liderlər iqlimlə bağlı müzakirələri saxlayaraq başqa məsələyə keçiblər. Onların arasında Rusiya da var idi. Sanksiya müddəti artırılıb".

Xatırladaq ki, Rusiya ilə qərbin münasibəti Ukrayna, Krım ətrafında yaranmış vəziyyətə görə pisləşib.