Paşinyanın hədələdiyi oğrular İrəvana yığışır

13 Dekabr, 2019 10:33 | Siyasət | Baxış sayı: 92
Nİkol Paşinyan
Nİkol Paşinyan

Erməni baş nazirin oğru jarqonları

Erməni kriminal avtoritetlər İrəvanda yığışırlar. “Qraparaq” qəzeti yazır ki, ən tanınmış “qanuni oğru”lar Ermənistan paytaxtına bəzi məsələləri müzakirə etmək üçün toplaşıblar. Bütün bunlar isə dəfələrlə çıxışları zamanı kriminal aləm haqqında danışan, “onların çənəsini çıxararam, qanuni oğruları divara dirəyəcəyəm, asfaltla bir edəcəm" deyən baş nazir Nikol Paşinyanın gözü qarşısında baş verir. 

Nəşr qeyd edir ki, baş nazir oğru aləmindəki jarqonlardan çox uğurla istifadə edir. İndi hətta ictimai yerlərdəki çıxışlarında da o məmnuniyyətlə hökumət başçısının istifadə etməməli olduğu oğru sözlərindən faydalanır. 

Paşinyanın kriminal aləmi hədələdiyi zamanda onun nümayəndələri hökumət evinin yaxınlığında erməni xalqından daha çox pul oğurlamağın yollarını axtarır. İrəvanda hətta "oğrular öz iclaslarından birinə Paşinyanı da dəvət edə bilərlər", deyə zarafat da edirlər.