Türkiyə Paşinyanın cavabını verdi - "Azərbaycanın yanındayıq"

13 Dekabr, 2018 09:20 | Siyasət | Baxış sayı: 96
Türkiyə bayrağı
Türkiyə bayrağı

Prezident Administrasiyası əlaqələri normallaşdırmaq üçün şərtini təkrar edib

Türkiyə bir daha Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın yanında olduğunu təsdiqləyib. İstiPress-in məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyasından Trend-ə verilən məlumatda qeyd edilir. PA-ı Ermənistanın baş naziri Nikol Paşinyanın seçkidən sonra səsləndirdiyi bəyanatı şərh edib. 

Qeyd edək ki, Paşinyan heç bir şərt olmadan Türkiyə ilə münasibətləri bərpa etməyə hazır olduqlarını bildirmişdi. 

"Türkiyə ilə əlaqələri normallaşdırmaq üçün Ermənistan Azərbaycanın işğal edilən torpaqlarını azad etməlidir. Biz regionda stabilliyin tərəfdarıyıq, amma işğal bitməmiş bu ola bilməz" deyə türk rəsmilər qeyd ediblər. 

Bundan başqa ermənilərin qondarma soyqırımı iddialarından əl çəkməli olduğu bildirilib.