Qalmaqallı prezidentin arvadı od püskürdü: "Ərimdən istifadə edirlər"

13 Dekabr, 2018 12:25 | Siyasət | Baxış sayı: 145
Melania Tramp
Melania Tramp

"Mən ona tövsiyyələr verirəm, fikrimi deyirəm"

"ABŞ öz tarixinin ən yaxşı dövrünü yaşayır. Həyat yoldaşım inanılmaz bir iş görür". İstiPress-in məlumatına görə, bunu ABŞ prezidenti Donald Trampın həyat yoldaşı, birinci xanım Melania Tramp deyib.

O, "Fox News"a açıqlamasında ərinin soyadından istifadə edərək öz xeyrini güdənlərə od püskürüb. Melaniya "Tramp" soyadından faydalanmaq istəyənləri şoumenlər, jurnalistlər, müğənnilər, yazıçılar olaraq sadalayıb. 

Birinci xanım bu halın onu çox məyus etdiyini, medianın dedi-qodulara yox, reallıqlara əsaslanmalı olduğunu deyib. 

"Gündəmi izləyirəm, həyat yoldaşıma tövsiyyələr verirəm, fikrimi deyirəm. Bəzən məni dinləyir, bəzən də yox. Onun üslubu ilə razılaşmayanda etirazımı bildirirəm".

O da əri kimi mətbuatın da işini tənqid edib. Birinci xanım deyib ki, media ancaq mənfi halları nümayiş etdirir. Amma Donald Tramp hər gün ABŞ vətəndaşları üçün mübarizə aparır.