Erməni ordusuna 2,5 milyard lazım oldu, amma...

13 Dekabr, 2018 13:42 | Siyasət | Baxış sayı: 94
Ermənistan ordusunun əsgərləri işğal edilmiş Azərbaycan torpaqlarında - ARXİV
Ermənistan ordusunun əsgərləri işğal edilmiş Azərbaycan torpaqlarında - ARXİV

Paşinyan pulu haradan əldə biləcəklərini belə bilmir

"Biz ordu üçün 2,5 milyard dollar tapacağıq. Bunu bunu Ermənistanın baş naziri v.i.e. Nikol Paşinyan hökumətin iclasında deyib.

O, deyib ki, silahlı qüvvələrinin inkişafı üçün beş il ərzində hərbi büdcəni  artırmaq mütləqdir. 

Bu maliyyənin haradan cəlb ediləcəyinə dair isə o heç bir açıqlama verməyib. Ancaq "çox işləmək" lazımdır deməklə kifayətlənib.

Çətin ki, Rusiya son zamanlar yaşanan gərginliklərdən sonra onlara bu miqdarda kredit ayırmağa razılaşsın. NATO-ya isə Ermənistan lazım deyil. 

Yerli ekspertlər deyirlər ki, Paşainyan çıxışlarında vətəndaşların uzun illərdir həsrət qaldıqları maaş, pensiya artımlarından söhbət belə getmir. Bu barədə verilən vədlər elə söz olaraq qalır.

Bunun üçündə politoloqlar hesab edirlər ki, Paşinyan reejimi uzunömürlü deyil. İqtisadiyyatdakı böhran hər gün bir az da dərinləşir.